BDU-da intellektual yarış. Nə?, Harda?, Nə zaman?

28/11/2018

BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetdə “Nə?,  Harda?,  Nə zaman?” intellektual yarış keçirilib.

Mexanika riyaziyyat fakültəsində keçirilən yarışı dekan, professor Nizaməddin İsgəndərov açaraq tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi işinin təşkilində Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətini təqdir edib, belə yarışların keçirilməsini tələbələrin elmə, biliyə olan marağının daha da artırılmasına xidmət etdiyini vurğulayıb. BDU THİK-nin sədri, dosent Daşqın Qənbərov müəllim-tələbə heyətini salamlayıb, yarışmada iştirak edən komandalara uğur arzu edib. Universitetdə davamlı olaraq təşkil olunan bilik yarışlarının tələbələrin intellektual səviyyəsinin və dünyagörüşünün artırılmasında, bilik və bacarıqlarının qiymətləndirilməsində mühüm rol oynadığını qeyd edib. Daşqın Qənbərov tələbələrə asudə vaxtlarını səmərəli istifadə etməyi tövsiyə edib və bu istiqamətdə rəhbərlik etdiyi təşkilatın onlara yaratdığı şəraitdən danışıb.

Qeyd edək ki, yarışma universitetdə müntəzəm olaraq təşkil olunur.

Mətbuat və informasiya şöbəsi, 28 noyabr 2018-ci il.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026