BDU-da ion materiallarda dielektrik aralığın yaranma mexanizmlərinə dair elmi seminar

01/04/2022

Bakı Dövlət Universitetinin nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş onlayn seminar keçirilib.

Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin elmi işçisi Vladimir Orbux “İon materiallarda dielektrik aralığın yaranma mexanizmləri və onların elektrik ölçmələrinin nəticələrinə təsiri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi ion keçiricikli məsaməli materialların elektrik xassələrinin tədqiqindən bəhs edib. O bildirib ki, belə materialların xüsusiyyətləri əsasən onların ion keçiriciliyi ilə əlaqədardır. Elektrodətrafı hissələrdə yükdaşıyıcıların tükənməsi və ya zənginləşməsi həm sabit, həm də dəyişən elektrik sahələrindəki elektrik cərəyanına kəskin təsir edir.

Məruzədə dielektrik spektrləri və sabit elektrik sahəsindəki elektrik cərəyanının qeyri-stasionarlığı təhlil və izah edilib. Nümunənin sərhədindəki dielektrik qatının xüsusi əhəmiyyəti qeyd olunub və onun yaranma mexanizmi mütəhərrik ionların çatışmazlığı ilə əlaqələndirilib.

Daha sonra Vladimir Orbux aparılan təcrübələrin xüsusiyyətlərini izah edib, sualları cavablandırıb.

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026