BDU-da iqlim dəyişkənliyinin Qızılağac Milli Parkında quş növlərinə təsiri müzakirə olunub

26/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “İqlim dəyişkənliyinin Qızılağac Milli Parkının qışlayan və oturaq quş növlərinə təsirləri” mövzusunda elmi seminar keçirilib.

Seminarda Bioekologiya kafedrasının doktorantı Ramil Həsənov iqlim dəyişkənliyinin Qızılağac Milli Parkı ərazisində qışlayan və oturaq quş növlərinin növ müxtəlifliyinə və sayına təsirləri barədə məlumat verib. Məruzəçi müxtəlif illərdə ərazidə aparılan çöl tədqiqatlarının nəticələrini təqdim edib, iqlim dəyişkənliyinin quşların qidalanma və yaşayış mühitinə təsir göstərdiyini bildirib.

Məruzədə nadir və beynəlxalq mühafizə statusuna malik quş növlərinin sayında müşahidə olunan dəyişikliklər qeyd olunub, qışlayan quş növlərinin illər üzrə say dinamikası təqdim edilib. Eyni zamanda, Xəzər dənizinin su səviyyəsinin azalmasının Milli Parkda qışlayan quşların sayına və növ müxtəlifliyinə təsirləri, həmçinin gələcək proqnozlar diqqətə çatdırılıb.

Ramil Həsənov ekstremal hava şəraitlərinin daha çox oturaq quş növlərinə təsir etdiyini vurğulayaraq, iqlim dəyişkənliyinin nəticələrinin azaldılması istiqamətində görülə biləcək tədbirlər barədə də məlumat verib.

Seminar müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”
04/08/2026

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır
03/08/2026

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq
03/08/2026