BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib

24/10/2025

Bakı Dövlət Universitetində (BDU) bir sıra ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə işçi görüş keçirilib. Görüşdə müvafiq fakültələrin dekanları, kafedra müdirləri, ixtisaslaşma rəhbərləri və keyfiyyət təminatı üzrə məsul şəxslər iştirak ediblər.

Tədbirin əsas məqsədi Universitetdə tədris olunan ixtisaslaşmaların beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsi, keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi və akkreditasiya prosesinə hazırlığın gücləndirilməsi olub.

Görüş zamanı “Beynəlxalq hüquq”, “Klinik (tibbi) psixologiya”, “Konfliktologiya”, “Nanomaterialların kimyası”, “Ekoloji kimya”, “Molekulyar biologiya”, “Biofizika”, “Mikrobiologiya”, “Geokimya”, “Bərk cisim elektronikası”, “Radiasiya materialşünaslığı”, “Riyazi modelləşdirmə”, “Diskret sistemlər” və “Riyazi analiz” ixtisaslaşmalarının beynəlxalq akkreditasiyaya hazırlanması istiqamətində görüləcək işlər ətrafında geniş müzakirələr aparılıb.

Toplantıda beynəlxalq akkreditasiya meyarları, tələb olunan sənədləşmə prosesi, tədris proqramlarının uyğunlaşdırılması, eləcə də müəllim heyəti və tələbələrin prosesə fəal şəkildə cəlb olunması məsələləri diqqət mərkəzində olub.
Qeyd olunub ki, ixtisaslaşmaların beynəlxalq akkreditasiyası Universitetin tədris keyfiyyətinin yüksəldilməsinə, elmi potensialının gücləndirilməsinə və qlobal rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Bu istiqamətdə görülən işlər BDU-nun beynəlxalq ali təhsil məkanında mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.

Xəbərlər

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib
24/07/2026

BDU-da seminar: “Süni intellekt və gələcəyin peşələri”

BDU-da seminar : “Süni intellekt və gələcəyin peşələri”
24/07/2026

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır
23/07/2026