BDU-da “Jest dili dərsləri” proqramının yekun imtahanı keçirilib

10/03/2026

“BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə nitq və jest dili üzrə təlimçi Nuranə Abıyevanın təqdimatında keçirilən “Jest dili dərsləri” proqramının yekun imtahanı keçirilib.

İştirakçılar proqram çərçivəsində əldə etdikləri bilikləri imtahan prosesində təqdim ediblər. Hər bir iştirakçı biletdə təqdim olunan ifadələri bədən dilində göstərdikdən sonra qiymətləndirilib.

İmtahanın müşahidəsi prosesində “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbərliyi və üzvləri də iştirak ediblər.

Sonda hər bir iştirakçının imtahan zamanı yol verdiyi səhvlər müzakirə olunub, həmin məqamlar yenidən izah edilib.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026