BDU-da kadr dəyişiklikləri

27/01/2020

Bakı Dövlət Universitetində növbəti kadr dəyişikliyi aparılıb.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü,  professor Aydın Kazımzadə öz ərizəsinə əsasən, tutduğu vəzifədən azad edilərək Rektorun elm və təhsil üzrə müşaviri vəzifəsinə təyinat alıb.
Elm və innovasiyalar üzrə prorektor vəzifəsinə fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn Məmmədov, Ümumi məsələlər üzrə prorektor vəzifəsinə isə Mahir Hüseynov təyin edilib.
Biologiya fakültəsinin dekanı Akif Quliyev səhhəti ilə əlaqədar öz ərizəsinə əsasən, vəzifəsindən azad edilib. Həmin vəzifənin icrası dekan seçkilərinədək müvəqqəti olaraq fakültənin dosenti Çingiz Məmmədova həvalə edilib.
Elmi kitabxananın direktoru Sara İbrahimova öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. Kitabxananın direktoru vəzifəsinə Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Nigar İsmayılova təyinat alıb.

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026