BDU-da “Karyera inkişafında ünsiyyətin rolu” mövzusunda panel görüş

19/05/2026

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Karyera inkişafında ünsiyyətin rolu” mövzusunda panel görüş keçirilib.

Panel görüşdə uğurlu karyera yolunda ünsiyyət bacarıqlarının rolu, iş mühitində sağlam və effektiv kommunikasiya qurmağın əhəmiyyəti, eləcə də şəxsi inkişaf prosesində özünüifadə bacarıqlarının formalaşdırılması mövzuları ətrafında geniş müzakirələr aparılıb. Çıxış edən spikerlər tələbələrin gələcək peşə fəaliyyətində qarşılaşa biləcəkləri müxtəlif situasiyalar, komanda ilə işləmək bacarığının inkişaf etdirilməsi, liderlik keyfiyyətlərinin formalaşdırılması və peşəkar münasibətlərin düzgün qurulmasının karyera inkişafında mühüm rol oynadığını diqqətə çatdırıblar. Bildirilib ki, müasir əmək bazarında yalnız peşəkar biliklər deyil, effektiv ünsiyyət qurmaq, fikri aydın və inamlı şəkildə ifadə etmək, komandadaxili əməkdaşlığa uyğunlaşmaq və problem həll etmə bacarıqları da uğurun əsas amillərindən hesab olunur. Panel zamanı natiqlik qabiliyyətinin inkişaf etdirilməsi, ictimai çıxış zamanı auditoriya ilə düzgün əlaqə qurulması, iş müsahibələrində özünü peşəkar şəkildə təqdim etməyin yolları, korporativ mühitdə etik davranış prinsipləri və şəxsi brendin formalaşdırılması kimi mövzulara da toxunulub. İştirakçılara davamlı özünüinkişafın, yeni bilik və bacarıqlar əldə etməyin, dəyişən əmək bazarının tələblərinə uyğunlaşmağın və daim öz üzərində işləməyin uğurlu karyera qurmaq üçün əsas şərtlərdən biri olduğu vurğulanıb.

Panel interaktiv müzakirələrlə davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026