BDU-da Karyera sərgisi keçirilib

26/10/2022

Bu gün Bakı Dövlət Universitetində Karyera sərgisi keçirilib. Karyera sərgisində Azərbaycanda fəaliyyət göstərən 50-dək dövlət və özəl şirkət iştirak edib.

Tədbiri giriş özü ilə açan Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev sərginin əhəmiyyəti, gənclərin əmək bazarına inteqrasiyasında olan rolundan bəhs edib və iştirakçılara uğurlar arzulayıb.

Əliş Ağamirzəyev bildirib ki, sərginin əsas məqsədi əmək bazarı üçün ixtisaslı kadrların hazırlanmasına yardım etməkdir: “BDU ölkənin ən çox kadr hazırlayan universitetidir. Sərgi həm iştirakçı şirkətlər, həm BDU, həm də tələbələr üçün faydalı olacaq. Çünki belə sərgilər əmək bazarında hansı ixtisaslara daha çox tələbat olduğunu müəyyənləşdirməyə də imkan verir. Tələbələri bu fürsətdən yararlanmağa çağırıram. Gənclərin məşğulluğunun təmin edilməsi Universitet üçün prioritet məsələdir və bu istiqamətdə layihələr davamlı olacaq”.

Daha sonra iştirakçı şirkətlərin stendlərinə baxış keçirilib. Sərgi iştirakçıları həmin şirkətlər haqqında ətraflı məlumatlandırılıblar.

Sərgi çərçivəsində tələbələrin şəxsi inkişafı istiqamətində dinləmələr də təşkil edilib. Dinləmələr modullar formasında həyata keçirilib. Birinci modul “Effektiv CV hazırlığı (DMA)”, ikinci modul isə “Karyeranı necə düzgün planlayım? (DMA)” mövzularına həsr olunub.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”
17/08/2026

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026