BDU-da “Karyera yolu” layihəsi uğurla yekunlaşıb

26/09/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzi tərəfindən həyata keçirilən “Karyera yolu” layihəsi uğurla yekunlaşıb. Layihə müasir əmək bazarının tələblərinə cavab verən, karyerasını məqsədyönlü şəkildə planlaşdırmağı bacaran, analitik və çevik düşüncə tərzinə malik gənc mütəxəssislərin formalaşdırılmasına yönəlib.

Layihə çərçivəsində Ekologiya və torpaqşünaslıq, Filologiya, Coğrafiya, Tarix, İnformasiya və sənəd menecmenti, Şərqşünaslıq fakültələrinin I və III kurs tələbələri arasından müsahibə yolu ilə 33 tələbə seçilib. Seçim zamanı tələbələrin motivasiyası, özünüinkişafa marağı və potensialı əsas meyar kimi nəzərə alınıb.

Proqram çərçivəsində “Karyera planlaması”, “Əmək bazarının araşdırılması”, “SMART məqsədlərin təyini”, “CV və rezüme hazırlığı” mövzularında təlim və infosessiyalar keçirilib. İştirakçılara fərdi mentorluq dəstəyi göstərilib, real əmək bazarı üçün sınaq tapşırıqları təqdim olunub və SMART yanaşma əsasında karyera planlaşdırılması həyata keçirilib.

Layihə müddətində tələbələr öz güclü və inkişaf etdirilməsi lazım olan tərəflərinin analizi, əmək bazarının dinamikası barədə analitik düşüncə formalaşdırılması, rəqəmsal və ənənəvi iş axtarışı metodları ilə tanışlıq, müsahibəyə hazırlıq və işə qəbul proseslərinin simulyasiyası imkanları əldə ediblər.

Layihənin yekununda 22 tələbə uğurlu nəticələrinə görə sertifikata layiq görülüb.

 

Xəbərlər

BDU Elmi Kitabxanasının elektron bölməsinin bp-nin dəstəyi ilə yenidənqurulmadan sonra açılış mərasimi

BDU Elmi Kitabxanasının elektron bölməsinin bp-nin dəstəyi ilə yenidənqurulmadan sonra açılış mərasimi
18/02/2026

BDU-nun əməkdaşı Azad Nuriyev vəfat edib

BDU-nun əməkdaşı Azad Nuriyev vəfat edib
18/02/2026

bp-nin regional prezidenti Cio Kristofoli BDU-nun Faydalı qazıntılar muzeyinin fəaliyyəti ilə tanış olub

bp-nin regional prezidenti Cio Kristofoli BDU-nun Faydalı qazıntılar muzeyinin fəaliyyəti ilə tanış olub
18/02/2026