BDU-da “Karyerada ilk addım” adlı təlim

20/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə I kurs tələbələri üçün “Karyerada ilk addım” adlı təlim keçirilib.

Təlimin məqsədi tələbələrin universitet həyatının ilk mərhələlərindən karyera istiqamətlərini düzgün müəyyənləşdirmələrinə, nəzəri biliklərlə yanaşı, əmək bazarında zəruri olan praktiki bacarıqların inkişafına yardım etməkdir.

Karyera və məzunlarla iş Mərkəzinin Məzunlarla iş şöbəsinin məsləhətçisi Mələkxanım Qurbanova qeyd edib ki, ali təhsil şəxsi və peşəkar inkişaf yolunun başlanğıcıdır. “Karyerada ilk addım” təlimi gənclərə öz bacarıq və maraqlarını real imkanlarla uzlaşdırmaq istiqamətində mühüm töhfə verəcək.

Təlimdə karyera planlaşdırmasının əsas prinsipləri, fərdi məqsədlərin müəyyənləşdirilməsi, zamanın səmərəli idarə olunması, kommunikasiya bacarıqları, komandada işləmək vərdişləri və şəxsi inkişaf strategiyaları barədə ətraflı məlumat verilib.

İnteraktiv şəkildə təşkil edilən tədbirdə əmək bazarının müasir tendensiyaları, işəgötürənlərin gənc kadrlar qarşısında qoyduğu tələblər, şəxsi brendin formalaşdırılması, effektiv CV (rezüme) hazırlanması qaydaları və müsahibədə özünü təqdimetmə bacarıqları müzakirə olunub, tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026