BDU-da Karyerada Peşəkarlıq Forumu keçirilib

23/12/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Karyerada Peşəkarlıq Forumu keçirilib.

Tədbir iştirakçıları iş dünyasının üç əsas istiqaməti – insan resursları (HR), ictimaiyyətlə əlaqələr (PR) və layihə idarəçiliyi (PM) sahələri üzrə məlumatlandırılıb.

Tədbirdə PR sahəsi üzrə “Kontakt Home”un Yaradıcılıq və art dizayn şöbəsinin rəhbəri Urfan Orucov, HR sahəsi üzrə “Azərsun Holding”in təlim və inkişaf üzrə baş mütəxəssisi Vəfa Əsədova, PM sahəsi üzrə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Layihələrin icrasına nəzarət idarəsində icraçı direktor müşaviri İlkin Haxverdiyev təcrübələrini bölüşüb, iştirakçılara karyera planlaşdırılması, sahə seçimi və peşəkar inkişaf barədə  məsləhətlər veriblər.

100-dən çox tələbənin qatıldığı forum gənclərin gələcək karyera istiqamətlərini müəyyənləşdirmələrinə və seçdikləri sahənin üstünlükləri, çağırışları haqqında daha ətraflı məlumat əldə etmələrinə şərait yaradıb. Forumun təşkilatçıları layihənin davamlı olacağını və gənclərin inkişafına dəstək göstərmək üçün daha çox imkanlar yaradılacağını bildiriblər.

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026