BDU-da karyeranın düzgün seçilməsinə dair təlim

29/04/2022

Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) birgə təşkilatçılığı ilə "Karyeranın düzgün seçilməsi. İş imkanları məhdud olarkən nə etməli?" mövzusunda tələbələr üçün növbəti təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun müdiri Vasif Həsənov tələbələrin mövcud əmək bazarında karyera imkanlarının düzgün dəyərləndirilməsinin önəmini vurğulayıb. Sektorun çoxşaxəli fəaliyyətindən bəhs edən Vasif Həsənov gəncləri tələbə ikən karyera planlaması etməyə səsləyib.

BAMF prezidenti Umud Mirzəyev keçdiyi həyat yolundan bəhs edərək, öz uğur hekayəsini gənclərlə bölüşüb. Karyeranın düzgün seçilməsinin insanın gələcək uğurlarında önəmli rol oynadığını qeyd edib.

Hüquqşünas Səməd Vəkilov “Özünütəqdimetmə bacarıqları və tələbə hüququ” mövzusunda çıxış edərək tələbə-gənclərin diqqətinə dövrün ən önəmli məsələsi hesab olunan özünü təqdim bacarığının vacibliyini çatdırıb.

Görüşdə BDU tələbələrinin yumşaq bacarıqlarının yaxşılaşdırılması məqsədilə Fond tərəfindən müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi sessiyalarının keçirilməsi,  istehsalat və ya könüllü təcrübə proqramlarının təşkili məsələləri də müzakirə olunub.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır
03/08/2026

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq
03/08/2026

2026/2027-ci tədris ilində BDU-nun magistraturasına 1355 nəfər qəbul olunub

2026/2027-ci tədris ilində BDU-nun magistraturasına 1355 nəfər qəbul olunub
03/08/2026