BDU-da keçirilən “Açıq qapı” günündə 400-ə yaxın abituriyent iştirak edib
28/07/2026
“BDU könüllüləri”nin təşkilatçılığı ilə keçirilən “Açıq qapı” günündə 400-ə yaxın abituriyent iştirak edib.
Abituriyentlərə BDU-nun tədris, elmi, sosial fəaliyyəti, beynəlxalq əlaqələri ilə bağlı məlumat verilib. Qeyd olunub ki, ali təhsil müəssisələrinin flaqmanı olaraq BDU növbəti tədris ilində əmək bazarının tələblərinə uyğun ixtisaslar və müxtəlif yeniliklərlə tələbələri qarşılamağa hazırlaşır.
Abituriyentlər BDU-da fəaliyyət göstərən muzeyləri, BDU-nun Elmi kitabxanasının elektron bölməsi, Azərbaycan–Koreya Kompüter Elmləri Mərkəzi, “Eko Məkan”, “Tələbə məkanı” və 2 saylı tədris binası ilə tanış olublar.
Sonda abituriyent və valideynlərin Universitetin infrastrukturu və tədris şəraiti ilə bağlı sualları cavablandırılıb.











Xəbərlər
Müstəqilliyimizin əbədi rəmzi
Müstəqilliyimizin əbədi rəmzi
Milli qürur günümüz
Milli qürur günümüz
Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
