BDU-da keçirilən Beynəlxalq simpoziumun iştirakçıları Mərkəzi Elmi Kitabxanada

05/12/2024

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin, Türkiyənin Bartın, Çankırı Karatekin və Kastamonu universitetlərinin İnformasiya və sənəd menecmenti bölümlərinin birgə təşkil etdikləri III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumunun iştirakçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası ilə tanış olublar.  

Kitabxananın direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov qonaqları salamlayaraq, BDU-nun ev sahibliyi ilə keçirilən tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib, simpoziumda aktual mövzuların müzakirə edildiyini vurğulayıb. Hüseyn Hüseynov rəhbəri olduğu kitabxana haqqında qonaqlara ətraflı məlumat verib. Türkiyənin 10-dan çox universitetini və bir sıra bələdiyyə kitabxanalarını təmsil edən qonaqlar MEK-in fondları, bölmələri, guşələri ilə tanış olub, kitabxanaya nəşrlər hədiyyə ediblər.

Türkiyənin Bartın, 29 Mayıs universitetlərinin İnformasiya və sənəd menecmenti bölümlərinin rəhbərləri Ahmet Altay və Berrin Balkaş Yılmaz göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirib, qarşılıqlı əlaqələrin müxtəlif platformalarda davam etdirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026