BDU-da keçirilən elmi seminarda Dirak tənliyinin həlli üsulları müzakirə edilib

26/11/2021

Bakı Dövlət Universitetinin (BDU) nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnsitutunun Nəzəri fizika şöbəsinin baş elmi işçisi Azər Əhmədov “Dirak tənliyinin Hülten və Yukava sinif potensiallarinin xətti cəmi üçün Kulon tip tenzor qarşılıqlı təsir nəzərə alınmaqla analitik həlli” mövzusunda məruzə ilə çıxış edib.

Əməkdaşların və gənc tədqiqatçıların iştirakı ilə keçirilən elmi seminarda Hülten və Yukava sinif potensiallarının kombinasiyasından ibarət mürəkkəb potensiallı sahədə hərəkət edən relyativistik hissəcik üçün Kulon tenzor qarşılıqlı təsiri nəzərə alinmaqla Dirak tənliyi dəqiq spin və psevdo spin simmetriya halları üçün adi və supersimmetrik kvant mexanikasında analitik şəkildə həll edilməsindən bəhs edilib. Hər iki halda hissəciyin  enerji spektri və spinor funksiyaları üçün analitik ifadələr tapılıb. Hissəciyin spinor funksiyaları Jakobi polinomu və hiperhəndəsi funksiya ilə ifadə edilmişdir. Normallanma sabiti üçün  analitik ifadə tapılıb. Göstərilib ki, hər iki kvant mexanikasında alınan analitik ifadələr mütləq üst-üstə düşürlər. Enerji spektrlərinin və spinor funksiyalarının kvant ədədlərinin müxtəlif qiymətləri üçün ədədi qiymətləri hesablanıb. Alınan analitik ifadələrdən relyativistik və qeyri-relativistik limitlər tapılıb.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026