BDU-da “Keçmişdən gələcəyə: Türkiyə - Azərbaycan münasibətləri” mövzusunda dəyirmi masa

01/04/2022

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının  İstanbul Aydın Universiteti və Bursa Uludağ Universitetinin Beynəlxalq münasibətlər bölümü, Siyasi tarix kafedrası və Diplomatiya  Araşdırmaları Dərnəyinin birgə təşkilatçılığı ilə  “Keçmişdən gələcəyə: Türkiyə - Azərbaycan münasibətləri” mövzusunda dəyirmi masa keçirilib. Görüş onlayn formatda  “Microsoft Teams” proqramı üzərindən təşkil olunub.
Kafedranın dosenti Nazim İbadov elmi seminarı açıq elan edərək bildirib ki, bütün dünyaya nümunə olan, daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir.  
Milli Məclisin üzvü, professor Hikmət Babaoğlu Türkiyə - Azərbaycan qardaşlıq və dostluq münasibətlərinin tarixi və onu şərtləndirən amillərdən söz açıb. Məruzəçi  44 günlük Vətən müharibəsində qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi ilə böyük tarixi zəfər əldə etdiyimizi vurğulayıb. O, Şuşa bəyannaməsinin hüquqi, siyasi aspektlərini təhlil edərək, Türkiyə və Azərbaycanı multipolyar qütblər kimi dəyərləndirib.
İstanbul Aydın Universitetinin professoru Ragip Kutay Karaca  II  Dünya müharibəsindən sonra birqütblü dünyanın yeritdiyi siyasət, soyuq müharibədən sonra dünya düzəninin dəyişməsi, müasir dünyadakı mövcud güc mərkəzləri barədə məlumat verib. Beynəlxalq nüfuzun dövlətlərimizin  gücündən asılı olduğunu vurğulayan  məruzəçi Qarabağ zəfərini bu amillə əlaqələndirib. Ragip Kutay Karaca Şuşa bəyannaməsinin böyük strateji əhəmiyyət daşıdığını qeyd edib.  
Bursa Uludağ Universitetinin professoru Barış Özdal Şuşa Bəyannaməsinin nəticələri,  dövlətlərarası münasibətlərdə mənəvi amillərin rolundan bəhs edib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026