BDU-da “Kimyanın aktual problemləri” mövzusunda XIV beynəlxalq elmi konfrans yekunlaşıb

26/05/2021

Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Kimyanın aktual problemləri” mövzusunda XIV beynəlxalq elmi konfrans başa çatıb.

Respublikamızın müxtəlif elmi müəssisələrindən, eləcə də, Türkiyə, Almaniya, Rusiya, Gürcüstan, İran və  Portuqaliya kimi müxtəlif ölkələrdən kimyaçı alimlərin və gənc tədqiqatçıların iştirak etdiyi konfransda 230 məruzə dinlənilib.

Konfransda Türkiyənin Qars Universitetinin professoru Hacali Nəcəfoğlunun “Mn(II), Co(II) ve Ni(II) p-Dietilaminobenzoat komplekslerinin sentezi ve özellikleri”,  Rusiyanın Tomsk Politexnik Universitetinin professoru Mehman Yusubovun “Cоединения поливалентного иода: синтез и использование”,  Almaniyanın Rostok Universitetinin dosenti Cavid Səfərovun “Excess and apparent molar properties of 1-ethyl-3-methylimidazolium trifluoromethanesulfonate and methanol binary mixtures”, BDU-nun dosenti Kamran Mahmudovun “Peroxides in metal complex catalysis” və BDU-nun elmi işçisi Ələkbər Hüseynzadənin “Синтез и исследование структурных и биологических свойств дигидропиримидинов и их региоселективно окисленных продуктов” və s. kimi mövzularda kimyanın müxtəlif sahələri üzrə məruzələri dinlənilib və müzakirələr aparılıb.

 

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026