BDU-da “Kimyanın aktual problemləri” XIV Beynəlxalq elmi konfransının plenar iclası keçirib

25/05/2021

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların “Kimyanın aktual problemləri” XIV  Beynəlxalq  elmi konfransı öz işinə başlayıb.

Konfransın plenar iclasını giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafı xidmətlərindən danışıb. Konfrans pandemiya dövründə tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunmasına nail olmaq məqsədilə keçirilən tədbirlər haqqında məlumat verib. H.Məmmədov pandemiya dövründə elmi fəaliyyəti davam etdirmək üçün onlayn platformanın və virtual konfransların əhəmiyyətini qeyd edərək konfransın işinə və iştirakçılara uğurlar arzulayıb.

Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov fakültənin tədris və elmi fəaliyyəti, ötən il əldə olunan nailiyyətlər haqqında danışıb, hazırki şəraitin fakültənin fəaliyyətinə təsirindən və pandemiya dövründə əldə edilən uğurlardan söz açıb.

Fakültənin Tədris işləri üzrə dekan müavini - Fuad  Kərimli  keçirilən konfrans haqqında iştirakçılara geniş məlumat verib, konfransa təqdim olunan məqalələrin kimyanın aktual problemlərinə həsr olunduğunu deyib.

Konfransda Türkiyə, Almaniya, Rusiya, Gürcüstan, İran, Portuqalıya və respublikanın müxtəlif elmi mərkəzlərinin və universitetlərinin kimyaçı alimləri və gənc tədqiqatçıları iştirak ediblər.

Konfrans işini bölmə iclaslarında iki gün davam etdirəcək.

 

 

 

 

Xəbərlər

Müzəffər Komandan, qalib Ordu

Müzəffər Komandan, qalib Ordu
26/06/2026

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026