BDU-da əkinçilikdə hidroponika və akvaponika sistemlərindən istifadəyə dair elmi seminar

19/12/2023

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Biomühəndislik elmi-tədqiqat laboratoriyasının elmi işçisi, Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi Nurlan Əmrahovun “Müasir əkinçiliyin yeni istiqamətləri: hidroponika və akvaponika sistemləri” mövzusunda elmi seminarı keçirilib.

Məruzəçi son illərdə Azərbaycan ərazisində torpaqların şoranlaşma prosesinin  intensivləşməsi, əkin sahələrinin problemləri haqqında geniş məlumat verib. Qeyd edib ki, problemin qarşısının alınması üçün meliorasiya, damcı suvarılma, üzvi gübrələr, vertikal drenaj, torpaqsız mühitdə - hidropon və akvapon sistemlərlə bitkilərin yetişdirilməsi metodlarından, üzvi gübrələrdən istifadə olunur. Meliorasiya effektiv metod olsa da, büdcə üçün əlverişsizdir. Belə ki, bu zaman daha çox su istifadə olunur ki, bu da suyun israf olunmasına gətirib çıxarır. Məruzəçi tam sağlam və yüksək məhsuldarlığa malik birillik və ikiillik bitkilərin yetişdirilməsini hidropon və akvapon sistemlərin əsas üstünlüyü kimi göstərib. Son illər dünyada çoxillik bitkilərin bu üsulla yetişdirilməsi üzrə də elmi tədqiqatlar aparılır.

Seminarda hidropon və akvapon sistemlərin sənayedə tətbiqi, istifadəsi, üstünlükləri və çatışmazlıqları diqqətə çatdırılıb. Bu sistemlərin iqtisadi səmərəliliyi və perspektivləri haqqında geniş müzakirələr aparılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

Dövlət Məşğulluq Agentliyinin əməkdaşı BDU-da “Effektiv “LinkedIn” profilinin hazırlanması” mövzusunda təlim keçib

Dövlət Məşğulluq Agentliyinin əməkdaşı BDU-da “Effektiv “LinkedIn” profilinin hazırlanması” mövzusunda təlim keçib
25/02/2026

"BDU-dan beynəlxalq təcrübəyə" layihəsinin ilk seminarı

"BDU-dan beynəlxalq təcrübəyə" layihəsinin ilk seminarı
25/02/2026

BDU-da Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri

BDU-da Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri
25/02/2026