BDU-da Kitab bağışlama günü münasibətilə aksiya keçirilib

14/02/2020

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşəbbüsü ilə “Gənc İstedadlar” liseyində 14 Fevral Beynəlxalq kitab bağışlama günü münasibətilə aksiya keçirilib. Uşaqların dünyagörüşünün inkişafında və artırılmasında kitabların rolunun və mütaliənin əhəmiyyətini nəzərə alaraq keçirilən aksiyanın əsas məqsədi kitaba qarşı həvəsin yaradılmasıdır. Beynəlxalq gün münasibətilə keçirilən aksiya şagirdlərin mütaliə mədəniyyətini yüksəltmək, uşaqlarda kitab oxuma vərdişinin formalaşmasına dəstək olmaqdır. Uşaqların inkişafında kitab mütaliəsinin önəmli yer tutduğunu nəzərə alaraq Elmi Kitabxana “Gənc İstedadlar” liseyinin şagirdlərinə elmi kitabxananın ehtiyat fondundan 50-yə yaxın kitab hədiyyə olunub.

“Gənc istedadlar” liseyinin rəhbərliyi keçirilən aksiyanın təşkilinə görə Universitet rəhbərliyinə təşəkkür edib.

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026