BDU-da “Kitab marketinqi” mövzusunda ustad dərsi

29/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə 27 mart – Azərbaycanda “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində ustad dərsi keçirilib.
Ustad dərsində Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli "Kitab marketinqi" mövzusunda məruzə ilə çıxış edib. Akif Marifli əvvəlcə son dövrlər BDU-da təşkil olunan ustad dərslərini yüksək qiymətləndirdiyini bildirib. Məruzəçi kitab marketinqinin məqsədi, mahiyyəti, müasir dövrdəki əhəmiyyəti barədə məlumat verib. Qeyd edib ki, kitab marketinqinin səmərəli təşkili əlaqələrin qurulması və geniş oxucu kütləsinin cəlb edilməsi baxımından olduqca mühüm amildir. Ona görə də kitab marketinqinə investisiyanın qoyulması kitab sənayesinin prioritetlərindən hesab olunur. Bu prosesin aparıcı qüvvəsi olan marketoloqlar istehlakçı təşviqinə şərait yaradır, nəticədə kitab bazarının canlanmasına, kitab məhsulunun ad və tiraj göstəriciləri baxımından inkişafına töfhələrini verirlər.
Mühazirədə kitab marketinqinin funksiyaları, marketinq planının elementləri, sosial media və blogerlərlə iş mexanizmlərinin tətbiqi, kitab reklamı kimi mühüm mövzular şərh edilib. Bu sahədə dünya və Azərbaycan təcrübəsi arasında paralellər aparılıb, müqayisəli təhlillər diqqətə çatdırılıb, innovativ istiqamətlərin tətbiqi ilə bağlı səmərəli təkliflər irəli sürülüb. Mühazirədə həmçinin son dövrlər Mədəniyyət  Nazirliyi sistemində kitabxana və nəşriyyatların fəaliyyət perspektivləri ilə bağlı aparılan islahatlar, həyata keçirilən layihələr və müəyyənləşdirilmiş hədəflər barədə məlumat verilib. Qeyd olunub ki, ölkənin kitabxana infrastrukturunun idarə edilməsində, oxuculara peşəkar kitabxana-informasiya xidmətlərinin göstərilməsində BDU-nun Kitabxanaçılıq-infomasiya fakültəsinin məzunlarının rolu olduqca mühümdür və aparılan islahatlar sayəsində bu rol daha da artacaq.
Ustad dərsi auditoriya tərəfindən maraqla dinlənilib, mövzu ciddi polemikalara səbəb olub. Akif Marifli dinləyicilərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.


Xəbərlər

BDU-nun Tələbə Gənclər Təşkilatı “5 Days Urban Weeks” layihəsinə başlayıb

BDU-nun Tələbə Gənclər Təşkilatı “5 Days Urban Weeks” layihəsinə başlayıb
08/04/2026

BDU-nun dosentləri Özbəkistanda elmi ezamiyyətdə olublar

BDU-nun dosentləri Özbəkistanda elmi ezamiyyətdə olublar
08/04/2026

BDU tələbələri üçün  Bakı Zooloji Parkında innovativ dərslər təşkil olunub

BDU tələbələri üçün  Bakı Zooloji Parkında innovativ dərslər təşkil olunub
07/04/2026