BDU-da kitab sərgi-satışı keçirilir

21/09/2015

Bakı Dövlət Universitetinin həyətində "Qanun" nəşriyyatı tərəfindən buraxılmış kitabların sərgisi və satışı təşkil olunub. Kitablar Azərbaycan, rus və ingilis dillərində 20% endirimlə təklif olunur. Satışa bədii və rəngarəng uşaq ədəbiyyatı, şəxsiyyətin inkişafına kömək edəcək nəşrlər, hüquq kitabları çıxarılıb. Bir neçə gün davam edəcək sərgi-satış tələbələrə lazımi kitabın şəhərdə axtarışına vaxt sərf etmədən onu əlçatan qiymətə almaq ımkanı yaradır.

Mətbuat və informasiya şöbəsi, 21 sentyabr 2015-ci il.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026