BDU-da kitabxana fəaliyyətində yeni texnoloji həllərə dair dəyirmi masa keçirilib

13/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) çərçivəsində “Kitabxana fəaliyyətində yeni texnoloji həllər” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov informasiyanın toplanması, emalı, qorunması və ötürülməsində kitabxanaların rolundan bəhs edib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru Şəhla Quliyeva çıxışında 30-a yaxın ali məktəbin kitabxana rəhbərinin kitabxana işi sahəsindəki yenilik və problemləri müzakirəyə çıxarmasını müsbət qiymətləndirib.

Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Ələmdar Cabbarlı pandemiyadan sonra belə tədbirin təşkilinə görə Universitet və kitabxana rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirdə BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, ADA Universitetinin Kitabxana sistemləri mühəndisi, EİFL.net-in Open Access koordinatoru İltifat İbrahimov və BDU-nun Elmi Kitabxanasının Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri, EİFL.net üzrə milli əlaqələndirici, EBSCO-nun Azərbaycan üzrə təmsilçisi Cəmilə Yusifovanın  məruzələri dinlənilib.

Dəyirmi masada ali məktəb kitabxanalarının işindəki problemlər, EİFL.net beynəlxalq konsorsiumuna, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzvlük və onların xidmətlərindən istifadə məsələləri, EBSCO nəşriyyatına abunəliklə bağlı yeni təkliflər, beynəlxalq kitabxana təşkiltatları və nəşriyyatlarla, xüsusilə də  ANKOSLink - Anadolu Universitet Kitabxanaları Konsorsiumu ilə əməkdaşlığın genişləndirilməsi, açıq elektron informasiya resurslarına əlçatanlığın təmin olunması müzakirə olunub.  

Tədbirdə iştirak edən Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Biznes Universiteti və Azərbaycan Dövlət Gömrük Komitəsi Akademiyasının kitabxana rəhbərləri “Az.KİK-in xidmətləri və EBSCOhost platformasında axtarış” mövzusunda təqdimatın rəhbərlik etdikləri kitabxanada keçirilməsini təklif ediblər.  

Sonda tədbir iştirakçıları Elmi Kitabxanada BDU-nun yeni nəşrlərinin sərgisinə baxış keçiriblər.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024