BDU-da “Kitabxana-informasiya texnologiyalarının layihələndirilməsi” mövzusunda müzakirələr aparılıb

15/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyəti, doktorant və magistrantların iştirakı ilə “Kitabxana-informasiya texnologiyalarının layihələndirilməsi” mövzusunda elmi seminar keçirilib.

Elmi seminarda Kitabxanaşünaslıq kafedrasının doktorantı Nurlana Əliyeva mövzu ilə bağlı məruzə edib. Məruzədə XXI əsrdə informasiya texnologiyaları, rəqəmsal məzmunlu informasiyaların inkişaf tendensiyası və dinamikasından bəhs olunub, kitabxanaların bu prosesdəki rolu şərh edilib. Modern kitabxanaların modeli, strukturu, potensial imkanları və hədəfləri barədə məlumatlar diqqətə çatdırılıb. Çağdaş dövrdə kitabxanaların təhsilin və elmi tədqiqatların vahid informasiya platformasının formalaşmasındakı rolu dünya ölkələrinin təcrübələri əsasında təhlil edilib. Qeyd olunub ki, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ənənəvi kitabxana proseslərinin sürətlənməsinə və optimallaşmasına səbəb olub.

Kitabxana-informasiya texnologiyalarının layihələndirilməsinin təkamülünə nəzər salan tədqiqatçı ölkəmizdə bu sahədə baş verən yenilikləri diqqətə çatdırıb. Xüsusilə, Azərbaycan Milli Kitabxanasının bu proseslərdə aparıcı rol oynadığı qeyd olunub. Məruzədə bu sahənin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2007-ci il tarixli “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncamının və ölkə başçısının 6 oktyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın böyük əhəmiyyət daşıdığı xüsusi vurğulanıb.

Elmi seminar diskussiyalarla davam etdirilib.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16/01/2026

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib
16/01/2026

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ
16/01/2026