BDU-da kitabxana-informasiya xidmətlərinin pedaqoji və sosial-psixoloji aspektləri araşdırılıb

22/10/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Kitabxana-informasiya xidmətlərinin pedaqoji və sosial-psixoloji aspektləri” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının doktorantı, ADA Universiteti Kitabxanasının əməkdaşı Vəfa Məmmədova məruzə edib.

Məruzədə müasir dövrdə kitabxana-informasiya xidmətlərinə verilən tələblər, bu sahədə meydana çıxan paradiqmalar şərh olunub, kitabxana mütəxəssisinin həm də pedaqoq kimi rolu önə çəkilib, oxucularla ünsiyyətin sosial-psixoloji cəhətləri araşdırılıb. Bildirilib ki, müasir dövrün kitabxana müxəxəssisi yüksək ixtisas dərəcəsinə malik olmaq, tədqiqat vərdişlərinə yiyələnmək, informasiya-kommunikasiya texnologiyalarının tətbiqini həyata keçirməklə yanaşı, kitabxana xidmətlərinin pedaqoji və sosial-psixoloji mahiyyəti barədə də bilik və bacarıqlara malik olmalıdır. Qeyd olunub ki, kitabxana-informasiya xidmətlərinin həyata keçirilməsi zamanı bütün bu istiqamətlərin vacibliyi sahə üzrə qəbul edilmiş bir sıra mühüm sənədlərdə əksini tapıb: “Kitabxanaçılar mövcud resurslar vasitəsilə bütün istifadəçilərə ən yüksək səviyyədə xidmət göstərməli, bərabərhüquqlu xidmət siyasətini həyata keçirməli, bütün sorğulara dəqiq, qərəzsiz və nəzakətli cavabı təmin etməlidirlər”. Vəfa Məmmədova vurğulayıb ki, xidmət zamanı pedaqoji və sosial-psixoloji aspektlərin nəzərə alınması kitabxanalarla informasiya subyektləri arasında qarşılıqlı əlaqələrin və münasibətlərin yeni sistemini formalaşdırır, kitabxanaların informasiya cəmiyyətində sosial institut kimi daha çevik və dinamik rolunu şərtləndirir.

Elmi seminar müzakirələrlə davam edib, məruzəçiyə suallar ünvanlanıb.

Xəbərlər

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı
15/05/2026