BDU-da “Kitabxanalarda ictimaiyyətlə əlaqələr sistemi” mövzusunda elmi seminar

05/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində “Kitabxanalarda ictimaiyyətlə əlaqələr sistemi" mövzusunda elmi seminar keçirilib.

Elmi seminarda Kitabxanaşünaslıq kafedrasının doktorantı Nigar Quliyeva mövzu ilə bağlı məruzə edib. Gənc tədqiqatçı informasiya əsri adlandırılan müasir dövrdə cəmiyyətin mənəvi potensialının inkişafında aparıcı rol oynayan kitabxanaların ictimaiyyətlə əlaqələr sisteminin formalaşmasının zəruri olduğunu qeyd edib. Bildirib ki, çağdaş dövrdə kitabxana-informasiya fəaliyyəti sahəsində PR texnologiyalarından istifadə olduqca aktualdır. Kitabxanalarda ictimaiyyətlə əlaqələr sisteminin düzgün qurulması, effektiv PR texnologiyalarının tətbiqi müəssisənin ictimai imicinə müsbət təsir edir, istifadəçilərin məlumatlılığını artırır və beləliklə, daha çox və hazırlıqlı oxucu kütləsinin formalaşmasına zəmin yaranır. İctimaiyyətlə əlaqələr sisteminin formalaşması kitabxana-oxucu ünsiyyətini daha da aktivləşdirir, çoxfunksiyalı qurum olan kitabxanaların xidmət səviyyəsinin təkmilləşməsi ilə nəticələnir.

Məruzəçi kitabxanalarda ictimaiyyətlə əlaqələr sisteminin formalaşmasında və prosesin idarə olunmasında bu sahə üzrə məsul şəxslərin peşəkarlığının, müasir PR texnologiyalarından istifadə bacarıqlarının yüksək olmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Məruzədə həmçinin bu sahədə mövcud olan beynəlxalq praktika da diqqətə çatdırılıb.

Elmi seminar diskussiyalarla davam etdirilib.

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026