BDU-da ləfzi sənətlər üzrə yeni bölgünün təqdimatı

21/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində "Ləfzi sənətlərdə xas ərəb hərflərinin türkcənin səs quruluşu ilə uzlaşdırılması problemi yönündə həlledici bölgü (Tövzi sənəti nümunəsi)" mövzusunda elmi seminar keçirilib.

Məruzəçi, BDU-nun Elmi Kitabxanasının baş biblioqrafı, şair Məcid Heydərli (Seyyid Əsri) seminarın Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə töhfə olduğunu bildirib. O, əvvəlcə divan ədəbiyyatımızdakı ləfzi sənətlərin tarixilik baxımından ərəb qrafikası və türk dilinin tələffüz sistemi meyarları əsasında araşdırılmasının zəruriliyini vurğulayıb.

Məruzəçi tövzi (alliterasiya və assonans) bədi sənətinin klassik şərq bəlağət kitablarındakı tərifini nəzərə çatdırıb. Yazılışı və tələffüzü eyni olan səslərin təkrarını "tam tövzi", tələffüzü dilimizdəki ən uyğun səslə eyniləşdirilmiş müxtəlif xas ərəb hərflərinin təkrarını isə "naqis tövzi" terminləri ilə adlandıraraq metodoloji baxımdan bir ilkə imza atıb. Məcid Heydərli oxşar səslərin təkrarının "şibhi-tövzi" (tövzinin bənzəri) adlandırılmasının məqsədəuyğun olduğunu vurğulayıb, bu yeni bölgünün digər ləfzi sənətlərə də tətbiq olunma ehtimalını yüksək qiymətləndirib. Məruzəçi ərəb, fars və türkdilli divan ədəbiyyatlarından mövzu ilə bağlı çoxsaylı nümunələr təqdim edib.

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026