BDU-da Kəlbəcər Şəhəri Günü

25/11/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə 25 noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə tədbir keçirilib. Professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Tədbirin moderatoru – İnformasiya və sənəd menecmenti fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Zahidə Rzayeva Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli Sərəncamını xatırladıb, sənədin tarixi əhəmiyyətini vurğulayıb: “Kəlbəcər rayonu 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən 25 noyabrda döyüşsüz Azərbaycana təhvil verildi. Xüsusi strateji əhəmiyyətə malik olan Kəlbəcərin azad edilməsi Vətən müharibəsində qazandığımız tarixi Zəfərin ən parlaq səhifələrindəndir”.

Birinci Qarabağ müharibəsinin veteranı, BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbənin xalqımızda yüksək əhval-ruhiyyə yaratdığını bildirib, Qarabağda, Şərqi Zəngəzurda aparılan misilsiz quruculuq işlərindən bəhs edib: “Azad Kəlbəcərimiz də yenidən dirçəlir, tikinti-quruculuq layihələri sürətlə həyata keçirilir. Bu günlərdə doğma Kəlbəcərimizi ziyarət etmək mənə qismət oldu. Orada aparılan quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri bölgənin böyük gələcəyindən, geniş turizm potensialından xəbər verir”.

BDU THİK-in sədri Zöhrab Cavadzadə, Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının müdiri dosent Sevda Xələfova, Kitabxanaşünaslıq kafedrasının müdiri dosent Elçin Əhmədov və fakültə tələbələri çıxışlarında 44 günlük zəfər yürüşü və 1 günlük antiterror tədbirləri nəticəsində ölkəmizdə əmin-amanlığın əbədi bərpa olunduğunu, torpaqlarımızdan separatçılığın kökünün biryolluq kəsildiyini vurğulayıblar.

Tədbir Azərbaycan Dövlət Televiziyasının “EKOetika” verilişinin Kəlbəcər rayonundan bəhs edən buraxılışının nümayişi ilə davam etdirilib.

Xəbərlər

BDU tələbələri "Əsas Qanunun işığında- Konstitusiya" adlı hüquqi maarifləndirici vəsait hazırlayıblar

BDU tələbələri "Əsas Qanunun işığında- Konstitusiya" adlı hüquqi maarifləndirici vəsait hazırlayıblar
25/11/2025

BDU dosentinin “Bəxtiyar Vahabzadə əsərlərində poetik vasitələr” adlı monoqrafiyası nəşr olunub

BDU dosentinin “Bəxtiyar Vahabzadə əsərlərində poetik vasitələr” adlı monoqrafiyası nəşr olunub
25/11/2025

BDU-da Kəlbəcər Şəhəri Günü

BDU-da Kəlbəcər Şəhəri Günü  
25/11/2025