BDU-da Kəlbəcər Şəhəri Günü qeyd edilib

24/11/2023

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti fakültələri üzrə fəallarının birgə təşəbbüsü ilə Kəlbəcər Şəhəri Günü qeyd edilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini Nəzakət Kərimova 30 ilə yaxın müddətdə xalqımızın ürəyində düyün bağlamış yurd həsrətinin artıq başa çatdığını, işğal altında olan şəhər və kəndlərimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, cəsur Azərbaycan əsgərlərinin əzm və iradəsi nəticəsində azad edildiyini, hazırda həmin ərazilərdə aparılan sürətli və genişmiqyaslı bərpa-quruculuq işlərinin bütün dünyaya örnək olduğunu deyib. Dekan müavini tələbə-gəncləri doğma Qarabağın dirçəlişi prosesində yaxından iştirak etməyə dəvət edib.

Sonra Kəlbəcər rayonunun tarix və mədəniyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Çıxış edən Sosial elmlər və psixologiya fakültəsinin TGT sədri Samir Quliyev hazırda Azərbaycan gənclərinin üzərinə düşən əsas vəzifənin birlik, bərabərlik və həmrəylik şəraitində ölkəmizin gələcəyini düşünmək olduğunu qeyd edib.

Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025