BDU-da Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru ilə görüş

18/02/2025

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərovla görüşüb.

Rektor Elçin Babayev qeyd edib ki, BDU-da akvakultura, qida və su təhlükəsizliyi, ekoloji problemlərin həlli, təbii resurslardan səmərəli istifadə sahələrində müxtəlif tədqiqatlar aparılır, müasir laboratoriyalar qurulur, gənc mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilir. BDU-nun elmi-tədqiqat mərkəzlərində ən son texnologiyalar tətbiq olunur. Bu baxımdan BDU Aqrar İnnovasiyalar Mərkəzi ilə əməkdaşlıqda maraqlıdır.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qurumun fəaliyyəti, icra olunan layihələr, regionlar üzrə keçirilən İnnovasiya festivalları, Mərkəz tərəfindən göstərilən dəstək tədbirləri barədə məlumat verib. Ali təhsil müəssisələrinin tələbələrinin aqrar sahədə rəqəmsallaşmanın inkişafı və məhsuldarlığın artırılmasına xidmət edən startaplara böyük maraq göstərdiyini deyib.

Görüşdə BDU ilə Mərkəz arasında kənd təsərrüfatında süni intellektin tətbiqiylə bağlı layihə üzrə və ümumi əməkdaşlıq imkanları müzakirə olunub.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026