BDU-da Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə görüş

27/02/2025

Bakı Dövlət Universitetində (BDU) Kənd Təsərrüfatı Nazirliyinin (KTN) nümayəndə heyəti ilə görüş olub.

Görüşdə BDU rektorunun strateji inkişaf və əlaqələr üzrə müşaviri Xalid Bayramlı, gənclər siyasəti və sosial məsələlər üzrə müşaviri Xumar Məmmədbağırova, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyasının müdiri Qumru Hüseynova, kənd təsərrüfatı nazirinin müşavirləri Zaur Əliyev və Fərid Nəcəfov, Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov iştirak ediblər.

Görüşdə BDU ilə KTN arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub. “Qarabağ atları” layihəsinin mövcud vəziyyəti və növbəti addımlar haqqında müzakirələr aparılıb. Brusselyoz xəstəliyinin ştamının genom məlumat bazasının yaradılması layihəsinə qısa müddətdə başlamağın mümkün olduğu vurğulanıb. KTN-nin bu il brusselyoz xəstəliyinə qarşı  kütləvi peyvəndləmə aparacağı nəzərə alınaraq, layihənin aktuallığı yüksək hesab edilib.

Görüşdə həmçinin aqrar sahə üzrə magistr təhsilinin gücləndirilməsi və uyğun fakültələrdə ixtisas alt qruplarının yaradılması məsələsinə də toxunulub. Eyni zamanda, KTN və BDU-nun Karyera və məzunlarla iş Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsi və tələbələr üçün təcrübə proqramlarının yaradılması barədə fikir mübadiləsi aparılıb.

Aqrar sahə üzrə mütəxəssis hazırlığını gücləndirmək məqsədilə BDU-nun KTN əməkdaşları üçün təlimlər təşkil etməsi məsələsi də müzakirə olunub.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026