BDU-da “Könüllülük həftəsi” çərçivəsində intellektual oyun və film günü keçirilib

23/05/2024

Bakı Dövlət Universitetinin (BDU) 105 və “BDU könüllüləri” təşkilatının 5 illik yubileyləri münasibəti ilə təşkil edilən “Könüllülük həftəsi” çərçivəsində “Kod Da Vinçi” intellektual oyunu və 28 may - Müstəqillik Gününə həsr olunan film günü keçirilib.

“BDU könüllüləri”, “Miqrasiya könüllüləri”, “Gənc könüllülər” və “Könüllü gömrükçülər” təşkilatlarının iştirakı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində təşkil olunan “Kod Da Vinçi” intellektual oyununda hər bir komanda “Da Vinçi”nin zəncirvari 10 sualının “açarları”nı tapmağa çalışıb. “Açar”ları hamıdan əvvəl tapan “Evrika” komandası turnirin qalibi olub. Qalib komandanın üzvləri sertifikat və medallarla təltif olunublar.

Film günündə Azərbaycan könüllüləri 2018-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Son iclas” filmini izləyərək, fikirlərini bölüşüb, müzakirələr aparıblar.

Qeyd edək ki, mayın 29-dək davam edəcək “Könüllülük həftəsi” layihəsinin məqsədi tələbələrin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi, könüllülük dəyərlərinin aşılanmasıdır.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026