BDU-da "Könüllülük həftəsi" çərçivəsində "Müstəqillik turniri"

27/05/2024

Bakı Dövlət Universitetinin (BDU) 105 və “BDU könüllüləri” təşkilatının 5 illik yubileyləri münasibəti ilə təşkil edilən “Könüllülük həftəsi” çərçivəsində Azərbaycandakı müxtəlif könüllü təşkilatların üzvlərinin iştirakı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş "Müstəqillik turniri" intellektual oyunu keçirilib.

İntellektual oyunda "BDU könüllüləri", "Ailəm Könüllüləri" Proqramı və "Miqrasiya könüllüləri" təşkilatlarını təmsil edən 11 komanda ("Morituri", "CoupDeGrace", "Məğlubedilməz Armada", "Albinos", "İnclude", "Filosoflar", "Eldorado", "Xarıbülbül", "Sonuncu şam yeməyi", "Sirius", "FərqliSən") hər turda 12 suala cavab verməklə 2 turda yarışıb.

Oyunun nəticələrinə görə, "Morituri" komandası l, "CoupDeGrace" komandası ll, "Məğlubedilməz Armada" komandası lll yerə layiq görülüb.

Qalib komandaların üzvləri sertifikatla təltif olunublar.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026