BDU-da “Könüllülük yarmarkası” keçirilib

02/12/2022

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Könüllülük yarmarkası" layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüş olub.

Görüşdə Universitetin müxtəlif kurslarında təhsil alan tələbələrə Azərbaycan Könüllü Təşkilatları İttifaqı və üzv təşkilatlar barədə ətraflı məlumat verilib. Tədbirdə gənclər könüllülük hərəkatının daha da genişlənməsinin perspektivləri barədə öz təkliflərini verib, müasir Azərbaycan gəncliyinin formalaşmasında könüllülüyün rolundan bəhs ediblər. Çıxışlarda BDU-da bu istiqamətdə həyata keçirilən layihələrdən söz açılıb.

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd tələbələrin Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan təşkilatlar barədə məlumatlandırılması, könüllü fəaliyyətin tələbə gənclər arasında təbliğidir.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026