BDU-da Kolmoqorov tənliklərinin Maple proqram paketində araşdırılmasına dair elmi seminar

28/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrasında “Kəsilməz Markov proseslərinə aid Kolmoqorov tənliklərinin Maple proqram paketində araşdırılması” mövzusunda elmi seminar keçirilib.

Seminarda Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi  kafedrasının dosenti Qurban Qasımov mövzu ilə bağlı məruzə edib.

Məruzəçi bildirib ki, diffuziya tipli Markov proseslərinə aid şərti keçid ehtimal sıxlığı üçün Fokker-Plank-Kolmoqorov tənlikləri Maple proqram mühitində araşdırılıb. Bu tənliklərə daxil olan, təsadüfi prosesin ordinatının və onun dispersiyasının dəyişmə sürətlərini xarakterizə edən funksiyaların müxtəlif şəkillərinə (xətti, kvadratik və s.) uyğun hallar öyrənilib. Birbaşa Furye, Mellini inteqral çevirmələrinin tətbiqi, xarakteristik funksiyaya keçid və dəyişənlərin əvəzolunma üsullarını tətbiq etməklə, Fokker-Plank-Kolmoqorov tənliklərinın həllinin analitik ifadələri, 2d, 3d və animate-qrafikləri qurulub. Alınan nəticələrin ehtimal təhlilləri aparılıb. Prosesin normallığı məsələsi üçün həllin koreliasiyası araşdırılıb. Bəzi xüsusi funksiyalardan (Kummer, Bessel funksiyaları kimi) istifadə edərək, prosesin qamma və beta paylanmalarla əlaqəsi əsaslandırılıb. Fokker-Plank-Kolmoqorov tənliklərinin çoxtərəfli araşdırılması üçün Maple proqram  hazırlanıb.  Proqram paketlərində bu tip məsələlərin araşdırılması çoxsaylı problemləri də ortaya çıxarır və onların həll olunmasında ümumi alqoritm vermiş olur.

Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026