BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026
Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının Hüquq fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə 12 Noyabr – Konstitusiya Günü münasibətilə tələbələr arasında intellektual yarış keçirilib.
Tədbirin əsas məqsədi tələbələrin ümumi dünyagörüşünün genişləndirilməsi, Azərbaycan Respublikası Konstitusiyasının əhəmiyyəti barədə maarifləndirmə işinin aparılması və gənclərin intellektual inkişafının təşviqi olub.
Yarışda Konstitusiya hüququ üzrə bilik və bacarıqlarını uğurla nümayiş etdirərək qalib gələn komandalar kubok və sertifikatlarla təltif ediliblər. Qaliblərə Konstitusiya hüququ kafedrasının professoru Sübhan Əliyevin müəllifi olduğu, yeni çapdan çıxmış “İnzibati hüquq” dərsliyi hədiyyə olunub.



Xəbərlər
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
