BDU-da “Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı hazırlanacaq

29/12/2024

Bakı Dövlət Universitetində (BDU) 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı hazırlanacaq. Bu barədə BDU Elmi Şurası qərar qəbul edib.

BDU rektoru Elçin Babayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi müstəqil siyasətini daha cəsarətlə davam etdirən ölkəmizin milli maraqları baxımından tarixi bir qərardır. Rektor diqqətə çatdırıb ki, 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alınıb, ictimai-siyasi sabitlik təmin edilib və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaranıb. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib.

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olub. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib. Bütün bu tarixi proseslərin daha dərindən öyrənilməsi, tədqiqatların aparılması, gənc nəslə çatdırılmasına böyük ehtiyac var. Rektor qeyd edib ki, böyük potensiala malik elm və təhsil müəssisəsi kimi BDU bu prosesdən kənar qalmayacaq və “Konstitusiya və Suverenlik İli”nə öz töhfələrini verəcək.

Xəbərlər

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub
30/05/2025

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb
30/05/2025

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar
30/05/2025