BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş elmi seminar

12/11/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədov “Azərbaycan Respublikasında kitabxana-informasiya fəaliyyətinin konstitsion-hüquqi əsasları” mövzusunda məruzə edib.

Elçin Əhmədov ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb. 44 günlük Vətən müharibəsi və bir günlük lokal antiterror əməliyyatları nəticəsində qazandığımız Zəfərdən bəhs edib. Ölkəmizin ərazi bütövlüyünün, suverenliyimizin bərpasının tarixi nailiyyət olduğunu diqqətə çatdırıb.

Məruzədə kitabxana işi sahəsində qanunvericilik tarixi xronologiyada izlənilib, sahəyə dair əsas anlayışlar şərh olunub. Ölkəmizdə kitabxana-informasiya fəaliyyətinin konstitsion-hüquqi əsaslarının formalaşmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran natiq vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra bu sahə xüsusilə inkişaf edib: “1998-ci ildə ölkəmizdə ilk dəfə olaraq “Kitabxana işi haqqında” Qanun qəbul edildi. Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsiplərini, kitabxana işinin və kitabxana sisteminin ümumi əsaslarını, kitabxana fondlarının formalaşdırılması və mühafizəsi tələblərini, kitabxanaların maliyyələşdirilmə mənbələrini, kitabxanalardan istifadə sahəsində vətəndaşların hüquq və vəzifələrini, kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığın prinsiplərini müəyyən edən bu sənəd sahənin inkişafına böyük təkan verdi, bu istiqamətdə prioritetləri müəyyənləşdirdi”. Məruzədə Prezident İlham Əliyev tərəfindən kitabxana-informasiya fəaliyyətinin inkişafına dair imzalanmış sənədlər geniş şərh olunub, onların tarixi əhəmiyyəti diqqətə çatdırılıb: “Ulu Öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 6 oktyabr 2008-ci il tarixli Sərəncamı sahənin inkişafına xüsusilə mühüm töhfədir”.

Tədqiqatda həmçinin ölkəmizdə kitabxana-informasiya fəaliyyətinin strukturu öyrənilib, müasir kitabxanalarda rəqəmsallaşdırma proseslərinin tendensiyası, elektron xidmətlərin inkişaf dinamikası diqqətə çatdırılıb.

Elmi seminar müzakirələrlə davam edib.

Xəbərlər

BDU-nun kafedra müdiri, professor Kamil Mənsimov vəfat edib

BDU-nun kafedra müdiri, professor Kamil Mənsimov vəfat edib
13/11/2025

BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir

BDU-da EMIDWORLD İqtisadiyyat, dövlət maliyyəsi, biznes və sosial elmlər üzrə III Beynəlxalq konfrans keçirilir
13/11/2025

BDU tələbələri üçün “Müsahibəyə hazırlıq” mövzusunda təlim

BDU tələbələri üçün “Müsahibəyə hazırlıq” mövzusunda təlim
13/11/2025