BDU-da “Koreya dilində felin zaman kateqoriyasının xüsusiyyətləri” mövzusunda elmi seminar

22/10/2021

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadənin moderatorluğu ilə “Koreya dilində felin zaman kateqoriyasının xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib.

Giriş sözü ilə çıxış edən N.İsmayılzadə yeni tədris ilində fakültədə keçirilən ilk elmi seminarın müəllim və tələbələr üçün əhəmiyyətini vurğulayıb.

Sonra Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Vüsalə Həsənova geniş məruzə ilə çıxış edib. V.Həsənova Koreya dilində cümlə quruluşu, bu dilin Azərbaycan dili ilə oxşar və fərqli cəhətlərindən bəhs edib. O həmçinin Koreya dilində felin növləri və xüsusiyyətləri, zamana görə dəyişmə forması, şəkilçiləri, keçmiş, indiki, gələcək zamanların xüsusiyyətləri barədə məlumat verib. Məruzəçi Koreya dilində Çin heroqliflərindən istifadə olunmağa başlanma tarixi, heroqliflərdən istifadənin nə dərəcədə vacibliyi barədə də söz açıb.

Sonra Şərqşünaslıq fakültəsinin professor-müəllim heyəti mövzu ətrafında diskussiya aparıblar.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026