BDU-da “Kosmologiyada qaranlıq maddə və qaranlıq enerji” mövzusunda ustad dərsi

27/04/2021

Bu gün Bakı Dövlət Universitetində (BDU) Şərif Texnologiya Universitetinin Fizika fakültəsinin Astrofizika və Kosmologiya üzrə professoru Sohrab Rahvar BDU-nun tələbələri üçün “Kosmologiyada qaranlıq maddə və qaranlıq enerji” mövzusunda onlayn ustad dərsini keçib.

Ustad dərsində Kainatda geniş miqyaslı strukturların dinamikasına dair son müşahidələrin Nyuton dinamikası arasındakı ziddiyyət olduğunu ortaya qoyduğu qeyd olunub. Bildirilib ki, ziddiyyət qaranlıq maddə adlanan gizli kütlənin mövcudluğunun müşahidə tərəfdən sübutudur. Kainatın dinamikasının müşahidələri həm də onu göstərir ki, qaranlıq maddə ilə yanaşı Kainatı müsbət təcillə genişləndirən qaranlıq enerji də mövcud ola bilər. Qaranlıq maddə zərrəciklərinin mövcudluğu barədə mümkün nəzəri mülahizələrə, alternativ yanaşma kimi modifikasiya olunmuş qravitasiya nəzəriyyəsinin əsas ideyalarına toxunulub.

Müzakirələrdə iştirak edən BDU-nun rektoru Elçin Babayev mövzu üzrə bəzi məsələlərə aydınlıq gətirib.

Ustad dərsi sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026