BDU-da “Kosmos və iqlim dəyişikliyi” adlı tədbir keçirilib

09/10/2024

Bakı Dövlət Universitetində (BDU) “Dünya Kosmos Həftəsi 2024” çərçivəsində “Kosmos və iqlim dəyişikliyi” adlı tədbir keçirilib.
Tədbir müasir dövrdə iqlim dəyişikliyinin qlobal əhəmiyyətini və kosmik tədqiqatların bu sahədəki rolunu vurğulamaq məqsədi daşıyır.
Tədbirdə “Azərkosmos”un əməkdaşı Nəzrin Qocayeva qurumun ictimaiyyətə açıq elan etdiyi İqlim Hesabatına dair praktik məşğələyə rəhbərlik edib. Nəzrin Qocayeva iştirakçılara iqlim dəyişikliklərinin monitorinqi üçün kosmik texnologiyaların necə istifadə olunduğunu izah edərək, real vaxtda alınan məlumatların iqlim elmi üçün əhəmiyyətini diqqətə çatdırıb.
Seminarın əsas hissəsində tələbələr iqlim elmi və kosmik texnologiyalarla bağlı praktiki tapşırıqlarla məşğul olublar. Onlara kosmosdan alınan məlumatlarla iqlim dəyişikliyi haqqında konkret nümunələr təqdim edilib. Tələbələr iqlim dəyişikliyi ilə mübarizədə kosmosun rolunu dərk etmək üçün qrup şəklində müzakirələr aparıblar. İştirakçılara elmi tədqiqatların praktiki tətbiq olunduğu layihələrə dair də məlumat verilib.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026