BDU-da Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının nümayəndələri ilə görüş

26/08/2025

Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının nümayəndələri ilə görüşüb.

Nümayəndə heyətində Təhsil sektoru üzrə imtahanlar idarəsinin müdiri Dr. Mansur Əl-Maliki, Beynəlxalq əməkdaşlıq idarəsinin əməkdaşı Riham Abdulxaliq, Marketinq və kommunikasiya idarəsinin əməkdaşı Abdul İlah Ət-Tuvaym, həmçinin İnzibati işlər idarəsinin nümayəndəsi Məhəmməd Əl-Yusuf yer alıb.

Qonaqlar BDU-da keçirilən səmimi görüşün qəbuluna görə təşəkkürlərini bildiriblər və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Görüşdə tərəflər arasında ərəb dili müəllimlərinin hazırlanması və ixtisasartırma proqramları, tələbə və müəllim mübadiləsi, ortaq elmi-praktik tədbirlərin təşkili, həmçinin ərəb dilinin öyrənilməsi və tədrisinin inkişafına yönəlmiş layihələrin təşkili istiqamətində birgə əməkdaşlığın həyata keçirilməsi məsələləri müzakirə edilib.

Xəbərlər

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05/10/2026

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir
05/10/2026

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb
05/10/2026