BDU-da “Kriminalistik genetika və STR analizi” mövzusunda elmi seminar

05/06/2026

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Kriminalistik genetika və STR analizi” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə Biologiya fakültəsinin II kurs tələbəsi Ofelya Abdullayeva kriminalistik genetika,  STR analizinin bioloji əhəmiyyəti, tətbiq sahələri və mərhələləri barədə məlumat verib. Çıxışda kriminalistik genetikanın inkişaf tarixində mühüm yer tutan Colin Pitchfork hadisəsinə toxunulub, DNT analizləri zamanı yol verilən səhvlərin insan taleyinə və məhkəmə qərarlarına təsiri izah edilib.

Seminarda bioloji nümunələrin götürülmə texnikaları, onların növləri və laboratoriya avadanlıqlarından, o cümlədən avtoklavdan istifadə qaydaları müzakirə olunub. Müzakirələrdə DNT ekspertizası prosesində çarpaz çirklənmənin (kontaminasiyanın) qarşısının alınması üçün laboratoriya avadanlıqlarının düzgün istifadəsinin vacibliyi vurğulanıb, xüsusilə avtoklavın sterilizasiya rejiminin dəqiq yerinə yetirilməsinin əhəmiyyəti qeyd olunub.

Tədbirdə çıxış edən Biologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Rasim Abbaszadə kriminalistik genetika kimi həssas sahədə elmi dəqiqliyin və məsuliyyətin xüsusi əhəmiyyət daşıdığını bildirib.

Seminar interaktiv müzakirələr və iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026