BDU-da "Kristallar, kvazikristallar və türk xalq sənəti” mövzusunda elmi seminar keçirilib

16/03/2022

Bakı Dövlət Universitetində 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində seminarlar davam edir. 2022-ci il 15 mart tarixində BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməlik Mərkəzinin Nanoaraşdırmalar ETL-in baş elmi işçisi, Dövlət mükafatı laureatı, professor İmaməddin Əmiraslanov "Kristallar, kvazikristallar və türk xalq sənəti” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə həm dərin elmi, həm də qədim türk mədəniyyətini özündə birləşdirib. Çıxışda amorf maddələrə xas olan nizamsızlıq, müəyyən quruluşa malik kristalların nizamlılığı, onların simmetriyası, növləri və periodik quruluşları haqqında ümumi məlumatlar verilib. Bərk maddənin məlum olan cəmi iki halı ilə yanaşı (amorf və kristal halı), fərqli, bu halları özündə birləşdirən üçüncü - kvazikristal halı haqqında maraqlı faktlardan söz açılıb. Onların quruluş baxımından özəllikləri dinləyicilərə izah edilib. Seminarda kvazikristalları kəşf etdiyinə görə israilli alim Dan Şehtmanın 2011-ci ildə kimya üzrə Nobel mükafatına layiq görüldüyü bildirilib.

Seminarda həmçinin aperiodiklə bağlı riyazi sual, Penrose torları (aperiodik torlar), Alan Makayın simulyasiyaları, habelə aperiodik və periodik xarakterli dekorativ tətbiqi sənət nümunələri barədə fikirlər şərh olunub.

Məruzənin sonunda dinləyicilərin sualları cavablandırılıb.

Xəbərlər

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib
21/10/2026

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib
21/10/2026

BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri tennis üzrə Respublika birinciliyinin qalibidirlər

BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri tennis üzrə Respublika birinciliyinin qalibidirlər
21/10/2026