BDU-da kristalloqraf alimin 80 illik yubileyi qeyd edilib

22/06/2018

Bakı Dövlət Universitetində Əməkdar elm xadimi, görkəmli kristalloqraf alim, Geologiya fakültəsi Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, geologiya-mineralogiya elmlər doktoru, professor Məmməd Çıraqovun 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Rektor, akademik Abel Məhərrəmov yubiley tədbirini açaraq alimin həyat və fəaliyyətindən danışıb. Bildirib ki, ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Məmməd Çıraqov kristalloqrafiya, kristallokimya sahəsində bir çox elmi yeniliklərin müəllifi kimi yalnız respublikada deyil onun hüdudlarından kənarda da tanınır. Rektor alimin 200-dən çox elmi əsərin, o cümlədən monoqrafiyaların, dərslik, dərs vəsaiti, proqram və metodik göstərişin müəllifi olduğunu və 10-dan çox elmlər doktoru və elmlər namizədi hazırladığını diqqətə çatdırıb.

Sonra Geologiya fakültəsinin dekanı, dosent Məhluqə Məmmədovanın professor Məmməd Çıraqovun həyat və yaradıcılığı haqqında məruzəsi dinlənilib. O, AMEA-nın akademik Musa Əliyev adına mükafatı laureatçısı, professor Məmməd Çıraqovun 2018-ci ildə elmdə və təhsildə böyük xidmətlərinə görə RTEA tərəfindən “Velikaya Yekatirina” ordeni ilə, eyni zamanda, Qafqaz Media İB tərəfindən “Heydər Zirvəsi” diplomu ilə təltif olunması barədə məlumat verib.

Yubiley tədbirində Geologiya fakültəsinin kafedra müdirləri - akademik Vasif Babazadənin, professor Musa Məmmədovun, dosent Əli Novruzovun və Coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədovanın yubilyarla bağlı çıxışları dinlənilib.

Sonda çıxış edən professor Məmməd Çıraqov yubiley tədbirinin keçirilməsinə görə BDU rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib.

Mətbuat və informasiya şöbəsi, 22 iyun 2018-ci il.

Xəbərlər

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda
22/05/2026

BDU-nun Hüquq fakültəsi WUF13 çərçivəsində xüsusi mühazirə təşkil edib

BDU-nun Hüquq fakültəsi WUF13 çərçivəsində xüsusi mühazirə təşkil edib
21/05/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qazaxıstanda Birinci Bakı Türkoloji Qurultayına həsr olunmuş Beynəlxalq simpozium keçirilir

BDU-nun həmtəşkilatçılığı ilə Qazaxıstanda Birinci Bakı Türkoloji Qurultayına həsr olunmuş Beynəlxalq simpozium keçirilir
21/05/2026