BDU-da “Kurikulum modelində dərsin şagirdlərin idrak fəallığının yüksəldilməsində rolu” mövzusunda elmi seminar

09/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində onlayn elmi seminar keçirilib. Fakültənin magistrantı Fatma İsayeva “Kurikulum modelində dərsin şagirdlərin idrak fəallığının yüksəldilməsində rolu” mövzusunda məruzə ilə çıxış edib.
Seminarda şagirdlərdə biliklərə yiyələnmək həvəsinin yaradılması üçün metod və təlim texnogiyalarının yeniliklərindən danışılıb, idrak fəaliyyətinin gedişində şagirdlərin təfəkküründə gerçək ziddiyyətlərin həlli imkanlarına əsaslandığı qeyd edilib. Real ziddiyyətlərdən yaranan emosiyaların əqli ehtiyatların səfərbərliyini təmin etdiyinə, idrak fəaliyyətini şövqləndirdiyinə, diqqəti uzun müddət cəmləməyə imkan yaratdığına diqqət çəkilib. Məruzəçi təlim-tərbiyə prosesində şagirdlərin öz fikirlərini sərbəst söyləməyə, arzu və istəklərinə müvafiq məşğuliyyətlər seçməyə yaradılan şəraitin əhəmiyyətindən də söz açıb.
Daha sonra professor Ləzifə Qasımova və dosent Kamalə Pənahova şagirdlərin idrak fəallığının inkişafında müasir tədris metodikalarının əhəmiyyətindən danışıb.
Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

Xəbərlər

BDU tələbələrinin nəzərinə!

BDU tələbələrinin nəzərinə!
03/11/2026

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”
03/11/2026

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir
03/11/2026