BDU-da kvant xromodinamikasının yüksək spinli rezonanslarına dair elmi seminar

18/01/2023

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin elmi seminarı keçirilib. Fakültənin məzunu, Polşanın Jan Koçanovski adına Dövlət Universitetinin doktorantı Şəhriyar Cəfərzadə gördüyü işlər haqqında “Kvant xromodinamikasının yüksək spinli rezonansları” adlı icmal məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, protonlar və neytronlar bir-birilə güclü qarşılıqlı təsirdə olan qvarklar, qlüonlar və onların anti-zərrəcikləri kimi elementar zərrəciklərdən ibarətdir. Həmin güclü qarşılıqlı təsir kvant xromodinamikası (KXD) nəzəriyyəsində öyrənilir. Tədqiqatların əsas obyektləri tenzor mezonlar (kvark və anti-kvarklardan təşkil olunmuş rezonanslar) və tenzor qlubollardır (qlüonlar və anti-qlüonlardan ibarət sistem). Şəhriyar Cəfərzadə KXD-nin yüksək spinli rezonansları olan tenzor mezonlar və qlubollardan bəhs edən məqaləsinin Amerika Fizika Cəmiyyətinin "Physics Review D" jurnalında çap olunduğunu diqqətə çatdırıb. Həmin rezonansların hadronik və radioaktiv parçalanmalarını öyrənmək üçün effektiv modellərdən istifadə olunub, bu modelin əsas simmetriyası olaraq isə KXD Lagranj funksiyasının simmetriyaları nəzərə alınıb. Məruzənin ikinci hissəsində Şəhriyar Cəfərzadə spini 2 olan mezonların öyrənilməsinin nəticələri, eləcə də qlubolların termodinamik xassələrini izah etmək üçün istifadə edilən “Qlubol rezonans qaz modeli” haqqında məlumat verib və həmin nəticələrin əks olunduğu məqalələrini təqdim edib.

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026