BDU-da İlaxır çərşənbə qeyd olunub

15/03/2022

Bakı Dövlət Universitetində (BDU) İlaxır çərşənbə qeyd olunub.
Universitetin həyətində bayram tonqalı qalanıb. BDU-nun rektoru Elçin Babayev tələbə və müəllimləri İlaxır çərşənbə münasibətilə təbrik edib, xalqımıza, dövlətimizə əmin-amanlıq, sülh arzulayıb. Rektor tələbələri Vətən üçün çalışmağa, yaxşı mütəxəssis olmağa səsləyib.
Tələbələr tonqal ətrafında rəqs edib, yallı gedib, rektorla xatirə şəkillər çəkdiriblər.  
Daha sonra BDU-nun rektoru Elçin Babayev BDU-nun “Tələbə evi”ndə olub. “Tələbə evi”nin həyətində tonqal qalanıb, rektor tələbələri Novruz bayramı münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.

Xəbərlər

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib
04/11/2026

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi
04/11/2026

BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar

BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar
04/11/2026