BDU-da "Layihələrin idarə olunmasında “Agile” yanaşması" mövzusunda təlim

15/11/2022

Bakı Dövlət Universiteti (BDU) və “Paşa Sığorta” ASC arasında əməkdaşlıq memorandumuna uyğun olaraq tələbələr üçün "Layihələrin idarə olunmasında “Agile” yanaşması" mövzusunda təlim keçirilib.

BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun müdiri Vasif Həsənov “Agile” yanaşmasının dövrün daha çox tələb olunan layihə idarəetmə növlərindən olduğunu bildirib və sektorun əmək bazarının yeni çağırışları istiqamətində apardığı fəaliyyətdən bəhs edib.

“Agile” Transformasiya Xidmətinin kouçu Elnur Məmmədli isə bu metodologiyanın yaranma tarixi, layihələrin idarə olunmasında tətbiqi haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edib ki, “Agile” bazarda baş verən bütün dəyişikliklərə, müştərilərin ehtiyaclarına, məhsullara olan tələblərə çevik reaksiya verə bilmək üçün  bir yanaşmadır. Əmək bazarında bu sahəyə olan tələb hər keçən gün daha da artır.

Təlimin sonunda iştirakçılara şirkət tərəfindən sertifikat və həvəsləndirici hədiyyələr təqdim edilib.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək
09/10/2026