BDU-da “Lazerlərin inkişaf mərhələləri” mövzusunda elmi seminar keçirilib

06/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin elmi seminarı keçirilib.

Seminarda Yarımkeçiricilər fizikası kafedrasının müdiri, professor Vaqif Salmanov “Lazerlərin inkişaf mərhələləri” mövzusunda çıxış edib. O qeyd edib ki, atom enerjisi və kompüter texnologiyası ilə yanaşı, lazerlər ötən əsrin ən mühüm kəşflərindən biri olub. Fiziki əsası Albert Eynşteynin 1916-cı ildə kəşf etdiyi məcburi şüalanma hadisəsinə əsaslanan lazerlər klassik işıq şüalarından yüksək monoxromotikliyi, paralelliyi və böyük intensivliyi ilə fərqlənir.

Məruzədə lazer şüalarının fiziki əsası və işləmə prinsipi, lazerlərin növləri (bərk, maye, qaz, yarımkeçirici, teraherst), tətbiq sahələri, lazer fizikasının hazırkı vəziyyəti, “Yarımkeçiricilər fizikası” kafedrasında qeyri-xətti optik hadisələr sahəsində aparılan nəzəri və praktik tədqiqatlar, xüsusilə laylı yarımkeçirici kristallarda eksiton effekti, optik parametrlərin (udma və sındırma əmsallarının) lazer şüaları ilə dəyişməsi haqda məlumat verilib.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026